F.Alonso: Hər şəraitdə sürətliyik

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, istənilən hava şəratiində sürətlidirlər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Yaponiyada birinci sərbəst yürüşlərdə zirvədə olub. İkinci sessiyada isə yeddinci yeri tutub.

Fernando Alonso: “Məncə, qəribə gün idi. Bazar günü hava yağışlı ola bilər və buna görə bir az sürməli idik. Sabah quru hava şəraitində yarışacağıq, amma bazar günü hər şey ola bilər. Bolidimiz çox yaxşı idi. Yaöışlı trasda güclü idi və buna görə də həftəsonuna hazırıq.

Bundan sonra yağış yağmasa belə sürətliyik. Belə traslar paketimiz üçün uyğundur. Yaöışda belə burada sürmək həzz verir. Sürəti döngələrdə ilişmə yüksəkdir. Belə olanda həyəcan artır. Ümdi edirəm ki, insanlar yarışdan həzz alar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*