A.Kosta: “Alonsonu Mercedes-də görə bilmirəm”

Mercedes komandasının konstruktoru Aldo Kosta bildirib ki, Fernando Alonsonun Mercedes-ə transfer olunacağına inanmır.

F-1.az xatırladır ki, Rosberq təqaüdə çıxdıqdan sonra Alonso onu əvəzləmək üçün real namizədlərdən biridir.

Xatırladaq ki, Alonso daha əvvəl Aldo Kosta ilə Ferrari-də işləmiş, amma daha sonra italiyalı mütəxəssis “qırmızılar”ın heyətindən ayrılaraq, Mercedes-ə transfer olunmuşdu.

Aldo Kosta: “Fernando Alonso ən güclü sürücülərdən biridir. Amma onu boliddən kənarda başa düşə bilmirdim. Çox mürəkkəb adamdır və onu başa düşmək çox çətindir. Onu Mercedes-də görə bilmirəm və Həmiltonun komandadan ayrılması üçün də bir səbəb görmürəm. Öz yetişdirdiyimiz sürücülərə fokuslanmalıyıq. Güclü potensialı olan iki sürücümüz var. Paskal Verlyayn Okondan daha təcrübəlidir. Paskal Pirelli təkər testlərində çox təcrübə qazandı. Verlyayn gələn il üçün alternativlərimizdən biridir. Digər namizədlərin çoxunun müqavilələri var. Hər şeyi hesablayıb, doğru qərar vermək istəyirik. Amma bu çox çətin qərardır”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*