15 Noyabr 2019, Cümə - 20:14

V.Bottas yeni bolid barədə danışıb

V.Bottas yeni bolid barədə danışıb

Müəllif: Rauf Hacıyev, redaktor

19:10 - 12 Fevral, 2018

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, builki bolidləri keçənilkinə nisbətən güclü olacaq.

F-1.az xatırladır ki, “gümüşü oxlar” turbo eranın ilk ilindən – 2014-cü ildən bəri hər il çempion olsalar da, keçən il ilk dəfə Sürücülər Çempionatında dubl edə bilməyiblər.

Valtteri Bottas: “Finlandiyada qışı sevirəm. Gözəl tətil oldu və çox yaxşı dincəldim. Yeni mövsümdən əvvəl güc yığdım. Əslində tətil davam edir. Amma yanvarın əvvəlindən məşq edirəm. Bir neçə dəfə bazaya gedib simulyatorda işləmişəm. Komanda ilə bəzi şeylər barədə danışmışıq. Mercedes bu qış əla iş görsə də, rəqiblərin vəziyyətindən xəbərsizik. Amma düşünürük ki, yeni bolid əvvəlki illərlə müqayisədə daha yaxşıdır.

Mənim üçün bu il daha asan olacaq. Keçən il komandaya yeni gəldiyim üçün çətin idi. Amma artıq komandanı tanıyıram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 263
Teqlər ,
Paylaş

logo