Oskar Piastri: Mənə təzyiq çatmır

Bir çoxu titul uğrunda mübarizədə sürücülərin hiss etdiyi təzyiqin ağırlığından danışır, amma bir il əvvəl çempionluğa iddia edən, indi isə şəxsi hesabda yalnız yeddinci olan Oskar Piastri bu təzyiqin çatışmadığını deyib…

Oskar Piastri: “Mümkünsə, hər il çempionluq uğrunda mübarizə aparmaq istərdim. Amma bu il həmin mübarizədə deyiləm və hər şey bir az daha sakitdir. Əlbəttə, belə vəziyyətdə olmaq istəmirik, amma hazırda stress yoxdur.

Mənə çempionluq yarışının təzyiqi çatmır, məhz insana lazım olan hiss budur. Bu təzyiqi yaşadıqda anlayırsan ki, ciddi bir şey uğrunda, əsl hədəfin olan bir məqsəd uğrunda mübarizə aparırsan.

Bu il həmin hissin mənə çatmadığı dəqiqdir, o, insana daxili ehtiyatlarını tapmağa, limitdə işləməyə imkan verir… amma titul uğrunda mübarizədə olmadıqda həlli bir qədər asan olan bəzi məsələlər də var”.