McLaren yarış tempindən razıdır

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, yarış tempində güclü görünürlər.

F-1.az xatrıladır ki, Oskar Piastri cümə sərbst yürüşlərində 12-ci, Lando Norris isə 14-cü olub.

McLaren Monakoda iki sürücüsü ilə xal qazanmışdı və onlar hazırda 17 xalla 6-cı yerdədirlər.

Oskar Piastri: “Yaxşı cümə günü idi. İlk sərbəst yürüşlərdən ikinci sərbəst yürüşlərə keçəndə yaxşı addımlar atdıq. Ancaq vahid dövrə üzərində işləməliyik. Yarış tempində isə güclü görünürük. Buna görə də cümə günündən razıyam. Bolidin üzərində bəzi işlər görməli və məlumatlardan dərslər çıxarmalıyıq”.

Lando Norris: “Monako kimi fərqli trasdan sonra Barselonaya öyrəşməyim üçün bir neçə dövrə lazım oldu. Əvvəl boliddə bir az çətinlik çəkdim, amma ikinci sessiyada gücləndik. Bolidin tempini artırmaq üçün bəzi sazlanmalar üzərində işləməliyik. Maşın pis deyil. Sadəcə sürüş üzərində işləməli vəsıralanma turundan əvvəl bir addım atmalıyıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*