L.Norris: Ümid edirəm hava yaxşı olar

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Belçikada yaxşı nəticə qazanmaq istəyir.

F-1.az xatırladır ki, komandalar təxmini biraylıq fasilədən sonra Belçika Qran Prisi ilə yenidən iş başına qayıdacaqlar.

Lando Norris: “Yay tətilində Formula1-dən uzaqlaşmaq xoşuma gəldi. Bir az qolf oynadım və dincəlib mövsümün ikinci yarısına hazırlaşdım.

Çempionatda dördüncü yeri tutmaq üçün görüləsi işlər var və mən buna hazıram. Belçika trası həmişə böyük çağırışlara hazır olub. Bu həftə bazaya getdim və trasa çıxmağa hazıram. Görək nə edirik. Ümid edirəm ki, hava yaxşı olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*