M.Həkkinen gənc Norrisə təriflər yağdırıb

Sabiq Formula1 sürücüsü Mika Həkkinen gənc Lando Norrisin performansından razı qalıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü bu il bütün yarışlardan xal alan yeganə sürücüdür.

Mika Həkinen: “Red Bull-dan sonra Lando Norrisin göstərdiyi performans əsl hekayəlikdir. Ştiriyada da yaxşı sıralanma turu keçirdi və yarışa üçüncü yerdən başladı. Yarışda da Red Bull və Mercedes-lə mübarizə aparmadı. Çünki onların əsas rəqibi Ferrari-dir. Landonun beşinci olması güclü performansı hesabına oldu. Ferrari əla yarış keçirsə də, Landodan geri qaldılar. Onun hələ 21 yaşı var, amma idmandakı üçüncü mövsümündə əla performans göstərir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*