C.Palmer: Norris arxalarda yarışmamalıdır

Sabiq Formula1 sürücüsü Colion Palmer gənc Lando Norrisə görə məyusdur.

F-1.az xatırladır ki, McLaren mövsümə yaxşı başlamayıb və Bəhreyndə iki sürücü ilə də mübarizəni dayandırıb.

Colion Palmer: “McLaren testlərdə gördüyümüz kimi zəifdir. Lando ilk dövrədə onluğa düşsə də, gerilədi. Daha sonra isə etibarsızlıq probleminə görə yarış testə döndü.

McLaren-in tempi zəif idi. Landonun sıralanma turunda son sessiyaya qalması möcüzə idi. İkinci sessiyada qalma səbəbi dövrə vuran ilk sürücü olması idi. Yoxsa McLaren ilk sessiyada uduza bilərdi.

Norris daha əvvəl poul və podium qazanmış sürücüdür. Arxa cərgələrdə mübarizə aparmamalıdır. Buna görə də Landoya görə məyusam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*