Z.Braun: Oskar gələcəyin çempionudur

McLaren-in rəhbəri Zek Braun bildirib ki, Oskar Piastri gələcəkdə Dünya Çempionu titulunu qazanacaq.

F-1.az xatırladır ki, avstraliyalı sürücü həm Formula3-də, həm də Formula2-də ilk mövsümündə çempion olub. Gənc pilot bu il McLaren komandası ilə Formula1-də debüt edir və indiyə qədər qənaətbəxş nəticələr qazanıb. Piastri Avstraliya yarışında komandasına xal da gətirib.

Zek isə Piastrinin Bakıdakı performansından təsirlənib. Belə ki, Oskar paytaxtımızdakı yarışa xəstə-xəstə çıxsa da, yaxşı performans göstərmişdi. O, sprint yarışında 10-cu, əsas yarışda isə 11-ci olmuşdur.

Zek Braun: “Oskar getdikcə yaxşılaşır. Özünü yeni-yeni toplamğa başlayır. Mənə dedilər ki, sərbəst yürüşlərdən sonra həftəsonundan çəkiləcək. Sprint yarışında iştirak etməyə bilərdi. Özünü pis hiss edirdir. Ancaq o başını aşağı əydi və sona qədər getdi. Çox təsiredici idi. O, maşına minəndən sonra çox təsiredici işlər görür. Çox böyüyüb. Bütün diqqətini işinə verib.

Landi və Oskardan yaxşı cütlük düşünə bilmirəm. Onda gələcyin Dünya Çempionu potensialı var. Sadəcə ona daha güclü maşın verməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*