L.Norris: Danielə təşəkkür etdim

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Monakoda komanda yoldaşı Rikkardoya təşəkkür etmək mənasında əl sallayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü komanda yoldaşını dövrəvi keçərkən əl sallamış və əksəriyyət bunu kibirli hərəkət kimi qəbul etmişdi.

Lando Norris: “Monakoda hamı bir-birinin arxasında ilişib qalır. Buna görə də bu barədə danışmaq istəmirəm. Daniel bir dövrə geri qalır deyə utanmamalıdır. Mavi bayraq sallandı və o da yol verdi. Danielin yarış tempi yaxşı idi. Onu keçəndən sonra uzun müddət fərq aça bilmədim.

Daniel hazırda boliddə özünü yaxşı hiss etmir. Belə olan halda maşını limitlərdə sürə bilmirsiniz”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*