2027-ci il mövsümü üçün yenilənmiş reqlamentdə sıralanma turu və yarışda fərqli spesifikasiyalı təkər disklərindən istifadəyə qadağa salınıb. Təkər diskləri qapalı park şəraitində yalnız eyni analoji ilə dəyişdirilməsinə icazə verilən elementlər siyahısına daxil edilib.
Bu il komandalar təkərlərin temperaturunu optimallaşdırmaq üçün disklərin konstruksiyası ilə eksperimentlər aparıblar – bəzi disklərlə təkərlər sıralanma turunda daha tez isinib, digərləri ilə isə yarışda resursunu daha uzun müddət qoruyub. Bu sahədə xərclərin artacağından ehtiyatlanan FIA məhdudiyyətlər tətbiq edib.





