D.Rikkardo: “Həmilton bolid hesabına çempion olur”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, titulun taleyini sürücülər yox, bolidlər həll edirlər.

F-1.az xatırladır ki, 2017-ci ildə reqlament dəyişikliyindən sonra əksəriyyət düşünürdü ki, çox şey sürücüdən asılı olacaq, amma yenə də daha güclü bolid hazırlayan komandalar rəqiblərini qabaqlayıblar..

Daniel Rikkardo: “Həmilton son 4 ildə 3 dəfə çempion oldu. Bu, böyük uğur olsa da, orta səviyyəli bolidlə bunları bacarmazdı. Bolidlər hazırda vacib rol tuturlar. Nisbətlə danışsaq, qələbə 75 faiz boliddən, 25 faiz isə sürücüdən asılıdır. Yaxın gələcəkdə bu nisbət bərabərləşməlidir. Lyuis ilə sonuncu yer arasında 3 saniyə fərq var. Amma sürücü bacarığı hesablansa, fərq 1 saniyə olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*