16 Oktyabr 2019, Çərşənbə - 01:19

L.Həmilton: “Ferrari-də təyyarə rejimi var”

L.Həmilton: “Ferrari-də təyyarə rejimi var”

Müəllif: Rauf Hacıyev, redaktor

17:45 - 28 Sentyabr, 2019

Mercedes komamdasının sürücüsü Lyuis Həmilton bildirib ki, Ferrari mühərriyini təyyarə rejimində işlədir.

F-1.az xatırladır ki, britaniyalı sürücü Rusiyadakı sıralanma turunda son cəhdində mükəmməl dövrə vuraraq, ikinci olub.

Lyuis Həmilton: “Sessiya çətin keçdi. Çünki Ferrari-nin düzlük sürəti inanılmazdır. Onların təyyarə rejimləri var. Lakin əlimdən gələni etdim və komanda da hər şey elədi. Yaxşı dövrə vurduğum üçün xoşbəxtəm. İlk cərgədə olmağı gözləmirdim. Sabah startda ilk döngəyə qədər uzun məsafə var. Buna görə də Medium təkərdə start alanlara çətin olacaq. Şarlın hava kisəsindən istifadə etməyə çalışacam, lakin çətindir. Çünki yaxşı start alırlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 111
Teqlər , , ,
Paylaş

logo