D.Rikkardo Həmiltonla yarışmaq istəyir

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, hədəfi Formula1-də ən yaxşı sürücü olduğunu isbat etməkdir və buna görə də Həmiltona qarşı yarışmaq istəyir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü 2014-cü ildə komanda yoldaşı Fetteli geridə qoya bilmişdi. 28 yaşlı sürücü son iki mövsümdə Ferstappendən də üstün ola bilib.

Daniel Rikkardo: “Komanda yoldaşım barədə heç vaxt narahat olmadım. İnsanlar yalançı olduğumu düşünəcək, ancaq həmişə sürətli komanda yoldaşı istəyirəm. Əgər belə komanda yoldaşınız olsa, gördüyünüz işdən daha çox həzz alırsınız. Öz potensialınızı görürsünüz. Ən yaxşı olmaq üçün güclülərlə mübarizə aparmalısınız. Hazırda ən yaxşı sürücülərdən biri ilə – Maksla komanda yoldaşıyam. Lakin bir gün Həmiltonla mübarizə aparmaq istəyərəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*