L.Həmilton: “Mənimlə eyni komandada olmaq asan deyil”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, onunla komanda yoldaşı olmaq asan iş deyil.

F-1.az xatırladır ki, Valtteri Bottas keçən il yaxşı performans göstərməyib və mövsümü qələbəsiz başa vurub. Həmilton isə 11 qələbə ilə 5-ci çempionluğunu qazanıb.

Lyuis Həmilton: “O, qeyri-adi komanda yoldaşıdır. Mənimlə komanda yoldaşı olmaq asan deyil. Amma onunla da eyni komandada olmaq çətindir, çünki o çox sürətlidir və illər keçdikcə güclənir. Mən 6 ildir buradayam. O isə sadəcə iki ildir gəlib və məni gərginlikdə saxlayır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*