Mercedes və Williams-ı artıq cümə günü trasda görə bilərik…

Hər iki komandanın yeni maşınları mövsümöncəsi ilk testlərin başlamasına 3 gün qalmış Silverstounda şütüyə bilər...

F-1.az MTV-yə istinadən xəbər verir ki, bu iki komanda Barselona testlərinə qədər “film çəkilişi” adı altında Silverstounda olacaqlar və daha sonra Barselonaya üz tutacaqlar. Yeni Williams-ı cümə günü Valtteri Bottas sürəcək. O, bunun üçün Silverstouna getməyə hazırlaşır.

Bottas həm də yeni maşın barədə danışıb: “Hər şey yaxşı görünür. Amma biz əsl həqiqəti trasda görə biləcəyik”.

Qeyd edək ki, digər komandalardan Ferrari yeni maşınını testlərdən bir gün əvvəl – fevralın 21-də təqdim edəcək. Həmin gün McLaren-in də MP4-31-i onlayn rejimdə tanıdacağı bildirilir…

 

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*