M.Blandell: Rikkardonun işi çətindir

Sabiq Formula1 sürücüsü Mark Blandell düşünür ki, Rikkardonun idmana qayıtması çətin məsələdir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü McLaren-də iki çətin mövsüm keçirmiş və buna görə də komanda ilə yollarını ayırmışdı. Lakin 33 yaşlı pilot başqa komandaya keçməkdənsə, bir il fasilə verməyə qərar vermiş və Red Bull-a ehtiyat sürücü kimi getmişdi. Danielin hədəfi növbəti mövsüm idmana qayıtmaqdır.

Mark Blandell: “Məncə, o, Formula1-dən uzaq qalmaq istəmədi. Sadəcə alternativləri bəyənmədi. Bəlkə də, istədiyi kimi güclü komanda yox idi.

Bir il istirahət etmək istəməsini anlayıram. Düşünmək üçün vaxtı olacaq. Ancaq yenidən özünə gəlib, yarışlara qayıtmaq və istədiyi kimi komanda tapmaq çətin olacaq. Çox işləməlidir. Peletonun qapısını açmaq elə asan deyil. Özünü isbatlamalıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*