D.Rikkardo: Tempimiz yox idi

McLaren komandasının Daniel Rikkardo bildirib ki, istədiyi tempi tapa bilməyib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü sıralanma turunda 15-ci yeri tutub.

Daniel Rikkardo: “Birinci sessiyada trasda yaş zonalar var idi, ancaq tras getdikcə yaxşılaşırdı. Belə anlrda sürətli dövrəyə başlayan ən son sürücü olmaq istəyərsiniz. Bu mümkün olmadı və mən Soft təkərdə zəif idim. Cümə günü bir az mətinlik çəkmişdim. Şənbə günü də yaxşı deyildim. Sarı bayraqlardan təsirlənə bilərsiniz. Amma tempimiz yox idi. Boksa gələndə dövrəmə və telemetriyaya baxdım. Nələr olduğunu anlamağa çalışdım.

Yarışda trasın necə olacağını bilmirik. Bütün traslarda ötmə etmək çətindir, ancaq burada özümü rahat hiss etdim. Buna görə yarış üçün pozitiv düşünürəm. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*