D.Rikkardo: “Boliddə titrəmə var”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, cümə gününə nisbətən inkişaf edə bilməməsi müəmmalıdır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü lider Bottasdan bir saniyə geri qalaraq 5-ci olub.

Daniel Rikkardo: “Trasın yüksəldiyi yerlərdə bir az zaman qazanmağa çalışırıq, amma uğurlu olmur. Soft təkərlər mənim üçün daha yaxşı idi. Əksər hallarda Softdan SuperSofta keçəndə daha çox asfaltla ilişmə olur. SuperSoft-lar asfaltla daha yaxşı ilişirlər. Amma SuperSoft-larla bolidin ön tərəfini hiss etmirdim. Mühəndislərlə vəziyyətə baxırıq. Son sessiyada titrəmə yaşadıq və səbəbini bilmirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*