D.Rikkardo azarkeşsiz yarışlara razıdır

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, yarışların azarkeşsiz keçirilməsinə razıdır.

F-1.az xatırladır ki, koronavirus pandemiyasına görə Formula1-in ilk 10 yarışı ya təxirə salınıb ya da ləğv olunub. Mövsümün Avstriyada başlaması gözlənilir, ancaq yarış baş tutsa belə, azarkeşsiz olacaq. Daha əvvəl Formula1-də belə hal olmayıb.

Daniel Rikkardo: “Vəziyyət düzələn kimi mövsümə başlamaq şansımız olacaq. Bəzi yarışlar azarkeşsiz olsa da, eybi yoxdur. Çünki hazırda yarışmaq istəyirəm. Azarkeşlərlə yarışmaq çox gözəldir. Ancaq onlarsız yarışa biliriksə, bu fürsəti əldən vermək istəmirəm. Yarışmağa hazıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*