D.Rikkardo qabarlardan razıdır

Renault komandasının sürücüsü Daniel Rikkardo Ostin trasındakı qabarları müdafiə edib.

F-1.az xatırladır ki, əksər sürücülər cümə sərbəst yürüşlərindən sonra trasdakı qabarlardan narazı qalıb.

Daniel Rikkardo: “Bunu mükəmməl bir şeyə dəyişərəm. Əks halda kompyuter oyunlarına bənzəyir. Bəzi döngələrə narahat olsa da, trasın xarakterini əks etdirir və daha diqqətli olursunuz. Çətindir, ancaq bu, mübarizədir. Digər traslar kimi deyil. Burada bizi asan sürüş gözləmir.

Müasir trasların əksəriyyəti çox mükəmməldir. Lakin belə narahat yerləri xoşlayıram. Problem yoxdur. Nəticədə heç kimin maşını zədələnmir. Belə problemimiz yoxdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*