F.Alonso: Sebastyanla karyeralarımız əlaqəlidir

Alpine komandasının sürücüsü Fernanso Alonso bildirib ki, Fettel üçün çox darıxacaq.

F-1.az xatırladır ki, iki sürücü keçmişdə dəfələrlə mübarizələr aparıblar. Lakin Fettel ilin sonunda idmandan gedir.

Fernando Alonso: “Gələn mövsümün ilk yarışında Sebastyanı peletonda görməmək qəribə olacaq. 15 il ərzində ortaq xatirələrimiz çox oldu. Bəzən çempionluq uğrunda, bəzən də Yaponiyada olduğu kimi yeddinci yer uğrunda mübarizə apardıq. Sebastyanla mübarizə aparmağı çox sevirdim. Bir-birimizə hörmət edirik. Bizim karyeralarımız bir-birlərinə əlaqəlidir. Onun üçün darıxacam”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*