D.Rikkardo Fetteli əvəz etməyəcək

Renault komandasının sürücüsü Daniel Rikkardo gələn il Ferrari-yə keçə biləcəyinə inanmır.

F-1.az bildirir ki, Fettelin ilin sonunda Ferrari-dən ayrılacağı ilə bağlı dedi-qodular artıb. Onun əvəzinə isə Bottas ya da Rikkardonun gətiriləcəyi iddia edilir. Lakin avstraliyalı sürücü buna inanmır: “Düzünü desəm, uzun illərdir ki, belə xəbərlər oxuyuram. Bunlar mənimçün yeni şeylər deyil. Müqaviləm 2020-ci ildə bitəcək. Buna görə də iki il ərzində alınmayacaq. Sebastyan ilin sonunda ayrılsa da, mən buradayam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*