K.Rəykkönen: “Rosberq çempionluğa layiq idi”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Niko Rosberq bu il Həmiltondan daha yaxşı performans göstərib.

F-1.az xatırladır ki, 2014-cü və 2015-ci ildə Dünya Çempionu titulunu qazanan Həmilton bu mövsümə pis başlamışdı. Amma britaniyalı mövsümün ortasında sürətlənərək, çempionatın ilk yarısını birinci yerdə bitirsə də, ikinci yarının ilk yarışlarında Rosberq ardıcıl qələbələr qazanaraq, yenidən liderliyi ələ almışdı. Malayziyada Həmiltonun mühərriyinin partlaması fərqi bir az da artırmışdı.

Kimi Rəykkönen: “Rosberq çempionluğa layiq idi! Niyə layiq olmasın ki!? Bu il eyni bolidlə Həmiltonu məğlub etdi. Ədalətli mübarizə idi və daha sürətli olmağı bacardı.

Həmiltonun Rosberqi ləngitməsi yarışın bir parçasıdır. Onsuz da heç nə dəyişmədi. Bunu dəyərləndirmək mənim işim deyil. Onların tam sürətlə yarışıb-yarışmadıqları məni maraqlandırmır, onları maraqlandırır. Əgər işin içinə stüardlar girsəydi, axmaqlıq olardı, çünki bu, yarışın bir hissəsidir. Orada heç nə yox idi və rəqiblər də yaxınlaşa bilmədilər”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*