T.Volff: “Ferrari Covinatsiyə kömək edəcək”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Antonio Covinatsi çox istedadlı sürücüdür və Ferrari onun inkişafı üçün hər şey edəcək...

F-1.az xatırladır ki, GP2 çempionluğunu son yarışda əldə verən italiyalı sürücü Ferrari-nin yeni test sürücüsü seçilib.

Volff Covinatsinin istedadlı olduğunu desə də, onu Verlyayn və Okonla müqayisə etməyin doğru olmayacağını bildirib: “Antonionun Formula1 bolidindəki performansını görməmişik. Buna görə də onu Esteban və Paskal ilə müqayisə etmək doğru olmaz.

Paskal əvvəlcə DTM-də çempion oldu və daha sonra Formula1-də tam mövsüm keçirtdi. Eyni zamanda Esteban da Formula3 və GP3 seriyalarında çempionluqlar yaşadı.

Ferrari-nin Covinatsiyə yaxşı fürsətlər təqdim edəcəyinə əminəm. Hazırda özünə komanda tapa bilməyib, amma bu, o demək deyil ki, onun Formula1 karyerası bitib. Valtteri Bottas da Williams komandasında test sürücüsü idi, amma indi Mercedes-də yarışacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*