Ferrari SF71H təqdim edilib

Ferrari komandası 2018-ci il bolido SF71H-ı bu gün təqdim edib.

F-1.az xatırladır ki, italyanlar keçən mövsümə yaxşı başlasalar da, yay fasiləsindən sonra ardıcıl səhvlər edərək çempionluğu Mercedes-ə uduzmuşdular.

2018-ci ildə də sürücü heyətini qoruyan Ferrari Sebastyan Fettel və Kimi Rəykkönen cütlüyü ilə yarışacaq. Yeni bolidin adı isə SF71H olacaq.

SF71H-ın təkər bazası keçənilkinə nisbətən daha uzundur. Qaydalara əsasən, köpəkbalığının üzgəcini xatırladan qanaddan imtina edilib və bolidə qırmızı rəngli Halo əlavə olunub. Bundan başqa Ferrari keçənilki saydpod dizaynını daha da aqresivləşdirib. Arxa tərəfdə mühərrik qapağının bitdiyi yerdə isə T-qanadı qoyulub.

Ferrari keçənilki bolidin fəlsəfəsini qorumaqla yanaşı, həm də aqressivləşdirib. Maşında yenə qırmızı rəng üstünlük təşkil edir və əvvəl də xəbər verdiyimiz kimi boz rəng əlavə olunub. Bundan başqa komandadan ayrılan Santander-in loqoları boliddən götürülüb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*