Mercedes-in sabiq motorçusu Ferrari-də işə başlayıb

Ferrari komandası texniki heyəti gücləndirib və bunun üçün Mercedes AMG High Performance Powertrains-in mühərrik bölməsindən bir mühəndisi transfer edib. 2026-cı ilin oktyabrında Yasper van Şayk Maranelloda şassi sistemləri üzrə mütəxəssis vəzifəsində işə başlayıb.

Mercedes AMG High Performance Powertrains-də niderlandlı mühəndis 2018-ci ildən etibarən təxminən səkkiz il çalışıb. 2024-cü ilə qədər van Şayk Formula1 güc qurğusunun müxtəlif sistemlərinin layihələndirilməsi ilə məşğul olub, onun vəzifələrinə, eyni zamanda, Mercedes komandasının şassi şöbəsi ilə koordinasiya da daxil olub.

2024-cü ilin sentyabrında van Şayk güc qurğusu konsepsiyalarının hazırlanması üzrə mühəndis vəzifəsinə təyinat alıb. O, şassi şöbəsi ilə işləməyə davam edib və bununla yanaşı, Mercedes mühərriki üçün yeni texniki həllərin axtarışına cavabdeh olub.

, ,