K.Sayns: Hər şeyin bitdiyini düşündüm

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, birinci sessiyanın sonunda motoru söndükdə hər şeyin bitdiyini düşünüb.

F-1.az xatırladır ki, ispaniyalı sürücünün ilk sessiyanın sonunda motoru sönüb, amma buna baxmayaraq, 15-ci yeri tutaraq ikinci sessiyaya çıxa bilib. Komandanın müdaxiləsi ilə yenidən sıralanma turuba qayıdan Sayns sessiyanı 8-ci yerdə bağlayıb.

Karlos Sayns: “Burada olduğum üçün xoşbəxtəm. Çünki motor dayananda sessiyanın mənim üçün vaxtından əvvəl bitdiyini düşündüm. Buna görə də son sessiyada olmaq əla nəticədir.

Mənim üçün yaxşı həftəsonu oldu və işlərin gedişindən razıyam. Boliddən maksimumu aldım. Komanda və bolidlə tanış oluram, lakin son cəhdim yaxşı olmadı. Fərqli şeylər sınadım və işə yaramadı. Lakin buna görə məyus olmayacam. Yarışda yaxşı nəticə əldə edə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*