S.Fettel: Orta qrup komandasıyıq

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Mercedes ayrı liqadadır.

F-1.az xatırladır ki, Ferrari bugünkü sərbəst yürüşlərdə zəif təsir bağışlayıb. İtalyanlar xüsusən yarış tempində Mercedes-dən geri qalıblar.

Sebastyan Fettel isə düşünür ki, əsas rəqibləri Renault və McLaren olacaq: “Mercedes hazırda yadplanetliləri xatırladır. Red Bull barədə söz demək çətindir. Onlar bu gün var qüvvələri ilə çıxış etmədilər. Racing Point isə həm vahid dövrədə, həm də yarış tempində çox güclüdür. Bu, əsl sürpriz oldu. Çox balanslıdırlar. Onlardan sonra biz gəlirik. Daha sonra isə McLaren və Renault gəlir. Görək sıralanma turunda neçənci olacağıq.

Rəqiblərimizin asfaltla ilişməsi bizə nisbətən yaxşıdır. Hazırda bolidimiz rəqabətədavamlı deyil. Bolidimizdən maksimumu almağa çalışırıq. Ümid edirəm ki, yeniliklər Macarıstan yarışına çatar. Səbirli olmalıyıq. Orta qrupun önündə qalmalıyıq. Podium əla nəticə sayılacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*