Ferrari yeni mətbuat katibi gətirib?

İtaliya mətbuatı xəbər verir ki, Ferrari komandası McLaren-in mətbuat katibi olan Silvia Hoffer Frangipane-ni transfer edib.

F-1.az bildirir ki, “qırmızılar” Silvianı sabiq komanda rəhbəri olan Mauroitsio Arrivabene ilə əlaqəli olan mətbuat rəhbəri Alberto Antoninin əvəzinə gətirmək istəyirlər.

Qeyd edək ki, Frangipane 2010-cu ildən etibarən McLaren komandasında işləyib və 2017-ci ildə İndy500 yarışında Fernando Alonsonun yanında idi. Mətbuat işlərində çox təcrübəli olan Hofferin Ferrari-də yaxşı işləyə biləcəyi gözlənilir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*