Mekis iyunun sonunda məcburi məzuniyyətə çıxacaq

Ferrari-nin idman direktoru gələn mövsüm AlphaTauri-nin rəhbəri postunu Frants Tostdan almağa hazırlaşır.

F-1.az xatırladır ki, Ferrari komandasının rəhbəri Frederik Vassyör 1 ay əvvəl hələ də Loranla ayrılmaq şərtlərini müzakirə etmədiklərini bildirmişdi. Monakodakı yarışdan sonra da mütəxəssisin özü hələ də yekun qərarın verilmədiyini bildirmişdi.

Lakin İtaliya mətbuatının öyrəndiyi məlumata görə, tərəflər razılığa gələ biliblər. Monakoda Ferrari prezidenti Con Elkann, Frederik Vasse\yör və Red Bull-un rəhbəri Kristian Hornerin iştirakı ilə görüş keçirilib və bu görüşdə tərəflər Mekisin Ferrari-ni tərk etməsi şərtlərini razılaşdırıblar.

Komandaların heç biri bunu rəsmən təsdiqləmir, lakin Loran Mekis iyunun sonuna qədər Scuderia-dakı işlərini yekunlaşdıracaq, bundan sonra o, məcburi altı aylıq məzuniyyətə gedəcək. Beləliklə, Loran 2024-cü ilin yanvarından etibarən AlphaTauri-də yeni vəzifələrini yerinə yetirə biləcək.

Təsdiqlənməmiş məlumata görə, Mekis bu bir ay ərzində Ferrari ilə yarışlara getməyi dayandıraraq Maranellodakı bazada işlərini tamamlayacaq. Bu məlumatın nə dərəcədə doğru olduğuna bir neçə gündən sonra Barselonada aydınlıq gələcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*