K.Sayns Ferrari-nin start sisteminə öyrəşə bilmir

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, hələ də Ferrari-nin start sisteminə öyrəşməyə çalışır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü həm Bəhreyn, həm də İspaniyada startda yer itirib. 27 yaşlı pilot həm İmolada, həm də Portuqaliya startda yerlər qazansa da, yarışın ilk dövrəsində qazandığı yer ortalaması sıfırdır.

Karlos Sayns: “10 dəqiqə əvvəl mühəndislərimlə bunu təhlil edirdik. Nə edəcəyimizi düşünürdük. Daha yaxşı performans göstərməliyəm. Start sisteminə öyrəşməli və özümə inanmalıyam. İspaniyada isə əsas problemimiz bu deyildi. Orada tez-tez hava kisəsinə girib çıxırdım. Birinci döngədə Okonun arxasında qalmaq problem oldu və orada yer itirdik.

Şarl kimi nəticə qazanmaq üçün bütün faktorlar üst-üstə düşməlidir. Sıralanma turunda yaxşı nəticə qazansam, start problemim olmazdı. McLaren-də daha yaxşı idim. Bütün həftəsonu ərzində performansımı yaxşılaşdırırdım. Burada da yarışlar keçdikcə özümə gələvəm və yüksək səviyyədə çıxış edəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*