C.Herbert: Ferrari Həmiltona təklif göndərməlidir

Tanınmış ekspert, sabiq F1 pilotu hesab edir ki, həmyerlisi Lyuis Həmilton Ferrari-yə keçməlidir...

F-1.az xatırladır ki, yeddiqat dünya çempionunun Mercedes ilə müqaviləsi bu ilin sonunda başa çatır. Hər nə qədər sürücünün özü və komanda rəhbərliyi hər şeyin qaydasında olduğunu və tezliklə danışıqlar üçün masaya oturacaqlarını bildirsələr də, iki ildir titul qazanmaqdan uzaq olan komanda ilə Lyuisin davam etmək istəyəcəyi suallar doğurur.

Conni Herbert: “Lyuis hələ də əla formadadır və qalib gəlməyi hədəfləyir. O, indiki maşınında narahatdır, baxmayaraq ki, bu hər kəsdə olur. Rassell əla işləyir, lakin Həmilton yarışlarda qalib gəlmək üçün lazım olan hər şeyə sahibdir. Səkkizinci titul üçün düzgün şərtlər lazımdır. O, McLaren-dən Mercedes-ə keçəndə çoxları, o cümlədən mən də onun dəli olduğunu düşünürdüm. Amma sonda hər şey yoluna düşdü. O, Niki Lauda və Ross Braunun təklifi ilə maraqlandı və yekunda razılaşdı.

Ferrari də eyni təklifi verməlidir. Lyuis hələ ki, Mercedes-lə müqaviləsini yeniləməyib ki, bu da ona karyerasını başqa yerdə davam etdirmək variantlarını axtarmağa imkan verir. Ferrari seçimlərdən biridir. Niyə də yox? Aydındır ki, Lyuis Red Bull və ya Aston Martin-ə keçməyəcək. Ferrari də açıq şəkildə istədiklərinə nail ola bilmədi, lakin potensialları var. Ola bilsin, Həmilton gözləyir ki, Mercedes-in maşını hara qədər inkişaf etdirəcəyini görsün, komandanın irəliləyiş əldə edib-etməyəcəyinin şahidi olsun. Əgər komanda ona ən sürətli maşını verə bilməsə, məncə növbəti titulunu qazanmaq səylərini başqa yerdə göstərəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*