D.Kulthard: “Həmilton təkər problemi yaşayır”

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, Lyuis Həmilton bu il təkər problemi yaşadığı üçün geridə qalıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü bu il qələbə qazana bilməyib. Ümumilikdə isə 6 yarışdır ki, qələbəyə həsrətdir.

Devid Kulthard: “Maks Ferstappenin Çində rəqibi Sebastyan Fettelə çırpılması Həmilton üçün yeganə yaxşı hal idi. Sıralanma turundakı geriləməsi də onu düşündürən məqamlardandır. Valtteri onu qabaqlamağa başlayıb. Böyük ehtimalla təkərləri işlədə bilmir. Zəif performansın səbəbi, məncə, budur. Bu problemi həll etsə, yenidən geri dönəcək. Bəhreyndə Maksla yaşadığı təmasda bolidi zədələnmədiyi üçün şanslı idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*