D.Kulthardın bacısı dünyasını dəyişib

Bu gün Braitaniya mətbuatı xəbər yayıb ki, Dəvid Kulthardın balaca bacısı 35 yaşlı Linsey Cəkson dünyasını dəyişib. Kədərli hadisə səhər […]

Bu gün Braitaniya mətbuatı xəbər yayıb ki, Dəvid Kulthardın balaca bacısı 35 yaşlı Linsey Cəkson dünyasını dəyişib. Kədərli hadisə səhər baş verib: təcili yardım briqdası Linseyin evinə çağırılıb, amma həkimlər heç nə edə bilməyiblər.

Ölümün səbəbi barədə hələ məlumat yoxdur, yerli polislər təsdiq ediblər ki, hadisə yerində heç bir şübhəli məqam nəzərə dəyməyib.

Linsey məşhur qardaşının Şotlandiyanın Tvinholm şəhərciyində olan muzeyinə başçılıq edirdi: Dəvid Formula1 karyerasını başa vuranda muzey bağlanmışdı, amma keçmiş sürücü BBC-yə şərhçi keçəndən sonra muzey yenidən fəaliyyətə başlamışdı.

Ailənin dostlarından biri deyib ki, “Bizim üçün şok xəbərdir, Linsey şəhərimizin tanınmış adamı idi, hamı üçün kədərli xəbərdir.”

Britaniyanın İTV telekanalının saytı yazıb ki, ölüm xəbəri Linseyin valideynlərinə Avstraliyada çatıb, onlar məzuniyyətdə olublar. Hazırda ailə Şotlandiyaya qayıdır. Dəvid özü bu gün səhər çəkilişlərdə olub və efirdən dərhal sonra bacısının ölüm xəbərini alıb.

Linsey Cəksonun əri Uill Cəkson və səkkizaylıq qızı Emili qalıb…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*