D.Kulthard: Artıq Maks faktoru var

Sabiq Formula1 sürücüsü Devid Kulthard Mayami yarışından sonra Maks Ferstappenə heyran qalıb.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa 3-cü yerdən başlasa da, startda Karlos Saynsı, daha sonra isə Şarl Lekleri keçərək, mövsümdə üçüncü qələbəsinə sevinib.

Devid Kulthard: “Bolidlər arasında ciddi fərq olduğunu düşünmürəm. Bolidlərin fərqli ölkədə hazırlandığını düşünsək, əla nəticədir. Bu il əsas amil təkərlərin yeyilməsidir. Bütün nəticələr bu faktordan asılı olacaq.

Bu həftə Çeko komanda yoldaşı Maksdan çox zəif olmasa da, onunla eyni tempi tuta bilmədi. Yəni Maks faktoru da var. Yəni ki, Red Bull ən sürətli maşındır demək elə də asan deyil.

Təhlükəsizlik maşınından sonra Maks təzyiq altında idi. Yarışdan sonda onun da, Leklerin də necə yorulduğunu və tərlədiyini gördük. Var qüvvələri ilə yarışdılar və bu da mənim xoşuma gəldi. Maks əsl çempion kimi sürdü. Maks gənc və təcrübəsiz olsa, Lekler onu keçərdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*