18 Dekabr 2018, Çərşənbə axşamı - 14:59

M.Ferstappen: “Deyəsən çox şey istəyirəm”

M.Ferstappen: “Deyəsən çox şey istəyirəm”

Müəllif: Rauf Hacıyev, redaktor

19:05 - 23 Aprel, 2018

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, ötmə etməkdə əvvəllər daha güclü olub.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Bəhreyndə Lyuis Həmiltona hücum edərkən rəqibinə təmas yaşayaraq mübarizəni dayandırmış və Çində Fettelə hücum edərkən rəqibinə çırpılaraq cəza almışdı.

Maks Ferstappen: “Bəlkə, sakit olmalıyam. Vəziyyəti yenidən nəzərdən keçirməliyik. Görək necə olur. Niyə belə olur bilmirəm. Mən aqressiyamı azaltmaq istəmirəm. Bəlkə də, çox şey istəyirəm. Əvvəllər ötmə etməkdə daha yaxşı idim. Amma bu il iki yarış mənim üçün pis keçdi. Heç nə istədiyim kimi deyil. İtirdiyim xalları kompensə etmək istəyirəm. Elə bil hər şey mənə qarşıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 112
Teqlər ,
Paylaş

logo