S.Peres: Hədəfim podiumları davam etdirməkdir

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, əsas hədəfi mövsümün sonuna qədər podiumda qalmaqdır.

F-1.az xatırladır ki, meksikalı sürücü yarışa iknci yerdən başlasa da, startda lider Lekleri keçib və 17 dövrə lider olub. Lakin daha sonra yarışa 6-cı yerdən başlayan Maks Ferstappen onu keçib və Çeko ikinciliyə razı olub. Beləliklə, Serxio ardıcıl ikinci yarışda podiuma yüksəlməyi bacarıb.

Serxio Peres: “Komanda üçün yaxşı yarış idi. Çox yaxşı start aldıq. Lekleri keçmək əsas hədəflərimdən biri idi. Ondan sonra yarışıma fokuslana bildim. Pit-stoplardan sonra Maks çox sürtəli idi. Əlimdən heç nə gəlmirdi. İkimizin də tək məqsədi bolidi zədələmədən finişə çatmaq idi.

Bolidə yenidən güvənirəm. Bundan sonra ən böyük hədəfim mövsümün sonuna qədər bütün yarışlarda podium qazanmaqdır. Çətin yarışlar geridə qaldı. Ancaq Belçikada bolidmiz yaxşı idi və evimizə güclü nəticə ilə qaytıdıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*