S.Peres: Yağış bizim üçün problem deyil

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, yarış yağışda olsa, onlar üçün əla olacaq.

F-1.az xatırladır ki, meksikalı sürücü cümə sərbəst yürüşlərində lider Rasseldən 0.8 saniyə geridə qalıb.

Serxio Peres: “bu trasda sürmək həmişə çətin olub. Mənxə, bu yaxşıdır və bura dünyanın ən yaxşı trasıdır.

Bu gün tras çox yaş idi. Hava azarkeşlər üçün də yaxşı deyildi. Şənbə günü hava daha yaxşı olacaq. Ümid edirəm ki, həyəcanlı gün olar.

Bazar günü isə işlər qarışacaq və məncə, azarkeşlər üçün əla gün ola bilər. Yağışlı hava şəraitində güclü görünürük. Nə edəcəyimizi bilirik. Yağış bizim üçün problem deyil”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*