Toto Volff: Kimi üzündən iki sponsorumuz gedib

Mercedes komandasının rəhbəri Toto Volff həmişə Kimi Antonellinin istedadına inanıb, debüt mövsümündəki uğursuzluqlar da onun bu əminliyinə təsir göstərməyib, lakin Kiminin çempion titulunu qazandığı Meksikada avstriyalı çox xoşbəxt olub…

Toto Volff: “Bilirsiniz, Kimiyə görə iki sponsor bizi tərk edib. Məndən soruşdular: “Kimi Antonelli – bu yeniyetmə kimdir?” Xeyr, o sponsorların adını çəkməyəcəyəm, amma bizdə qalan və indi səylərinin bəhrəsini görən başqa tərəfdaşlar var.

Lyuis Ferrari-yə keçidini elan etmək üçün qapımın ağzında dayananda mənə artıq hər şey aydın olub. Bilirdim ki, məhz Kimi sükan arxasına keçəcək. Bradley Lorda və Ceymsin texniki direktoru Ellisona zəng edib onlara demişdim: “Kimi maşındadır”. Onlar yenidən soruşmuşdular: “Nədən danışırsan?” Amma bizim məlumatlarımız var idi. Bizə əlavə təsdiqə ehtiyac olmayıb. Kimi gənc formulalardakı uğurları ilə artıq hər şeyi sübut edib, mənim üçün hər şey aşkar olub.

Antonellini komandaya dəvət etməyi heç vaxt riskli saymamışam. Bəzən məndən soruşurlar ki, niyə risk edirəm. Amma mən yalnız hesablanmış risklərə gedirəm – elə risklərə ki, ən pis ssenaridə belə cavabdeh olduğum komandanın həyatı prinsipial şəkildə dəyişməyəcək.

Komanda bu qərarı həmişə dəstəkləyib. Ola Källenius da bu qərarı həmişə dəstəkləyib. Komandanın daxilində heç bir şübhə olmayıb. Şübhələr yalnız kənardan gəlib. Artıq bizim tərəfdaşımız olmayan insanlardan, digər komandalardan, özlərinin bu şansı haqq etdiyini düşünən sürücülərdən. Və mətbuatdan.

İnsanlar deyirdilər: “Siz ciddisiniz? Əvvəllər Lyuis Həmiltonun sürdüyü maşının sükanı arxasına 18 yaşlı oğlanı əyləşdirmək? Onun Formula2-də uğursuz mövsümü olub. O, daha bir il Formula2-də çıxış etməli və kifayət qədər yaxşı olduğunu sübut etməlidir”.

Sonra, biz onu artıq komandaya götürəndən sonra insanlar deyirdilər: “Onun yeri Mercedes-də deyil. Bu, onun üçün həddindən artıq böyük təzyiqdir. Niyə Williams ilə razılığa gəlmədiniz ki, Corc kimi ona inkişaf üçün bir, iki və ya üç il verilsin?” O, ardıcıl doqquz yarışda xal qazana bilməyəndə bu səslər daha da güclənib. Amma mən ona heç vaxt şübhə ilə yanaşmamışam.

Əslində, hər şey məhz gözlədiyim kimi gedib. Bilirdim ki, bu layihə minimum iki il üçün nəzərdə tutulub və ikinci il biz onda gördüyümüzü təsdiqləməlidir. Meksikada da bu təsdiqi almışıq. Komandamızla və hamının ona inanmaqda davam etməsi ilə inanılmaz dərəcədə qürur duyuram. Kimi gözləntiləri doğruldub”.

,