M.Ferstappen Mercedes-ə keçir?

Red Bull komandasının sürücüsü Maks Ferstappen gələn il Mercedes komandasına keçə bilər.

F-1.az xatərladır ki, Mercedes-in Bottasla birillik, Həmiltonla isə ikiillik müqaviləsi var. Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Toto Volff tez-tez Maks və Yos Ferstappenlə telefonda danışır: “Toto Volff ona və atasına tez-tez zəng vurur. Aylardır belə davam edir. Amma rahatam. Maksın müqaviləsindəki şərtlər çox sərtdir. Bizim komandada özünü yaxşı hiss edir. Əgər ona güclü bolid versək, heç bir yerə gedən deyil”.

Qeyd edək ki, Ferstappenin komandası ilə 2021-ci ilin sonuna qədər müqaviləsi var.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*