Niko Rosberq: Vassyörün müdaxilə etməsinin vaxtıdır

Niko Rosberq Ferrari rəhbərliyini Mexiko Qran Prisinin ilk dövrəsində Lyuis Həmilton və Şarl Lekler arasındakı təmaslı mübarizədən sonra tədbir görməyə çağırıb.

Niko Rosberq: “Maraqlıdır, amma günahkar həmişə Şarl olur, elə deyilmi? Lyuis heç vaxt günahkar olmur. Son iki insidentdə, Monzada və burada da yenə günahkar Şarl olub. Frederik Vassyörün həqiqətən də müdaxilə etməsinin vaxtı çatıb.

Lyuisin dediyi kimi, yarışdan əvvəl onların arasında heç bir razılaşma olmayıb. Onlar trasda mübarizə qaydalarını dəqiq müəyyənləşdirməlidirlər, əks halda hər şey bu cür davam edəcək.

Əgər sürücülər istənilən razılaşmanı gözardı edib məsələləri öz aralarında həll etməyə, münasibətlərə birbaşa trasda aydınlıq gətirməyə və sadəcə rəqibi trasdan kənara sıxışdırmağa başlasalar, hər şey çox pis bitə bilər. İş ora çox tez çata bilər və görünür, biz artıq buna bənzər nəsə müşahidə edirik.

Təkər-təkərə ilk mübarizə epizodunda, ikinci və üçüncü döngəlarda Şarl daxili porebrikə çıxıb, sıçrayıb və Lyuisə doğru sürüşüb. O, öz trayektoriyasını saxlaya bilməyib. Deməli, artıq həmin anda səhv edən məhz Şarl olub”.

,