L.Matsola: Vassyör Ferrari-lik deyil

Ferrari-nin sabiq mühəndisi Luici Matsola düşünür ki, Frederik Vassyör Ferrari-lik adam deyil.

F-1.az xatırladır ki, Mattia Binotto komanda rəhbəri vəzifəsindən istefa verib və onun yeri üçün ən ideal namizəd Frederik Vassyördür. Bundan başqa “qırmızlar” yeni texniki direktor da axtarırlar. Bu vəzifə üçün isə hazırda Haas-da işləyən Simone Restadır.

Luici Matsola: “Binotto komandada iki vəzifəni birdən aparmamalı idi. Eyni zamanda texniki direktor və komanda rəhbəri ola bilməzsiniz. Bu vəzifələrin bir-birlərinə dəxli yoxdur.

Vassyör komanda rəhbəri olmaq üçün lazımi xüsusiyyətlərə sahib deyil. Resta isə yaxşıdır. Böyük təcrübəsi var. Məncə, insanların bacarığı vacibdir. Buna görə də Ferrari-nin inqilabi dəyişikliyə ehtiyacı yoxdur. Ferrari-yə maşının işləmə mexanizmini bilən və aerodinamikadan anlayan bir komanda rəhbəri lazımdır. Bu adam komandaya qələbə qazanmağı da öyrətməlidir.

Məncə, Ross Braun gedəndən sonra Maranelloda insanları bir araya gətirə bilən lider olmadı”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*