K.Sayns: Pis gün idi

Ferrari komandasının sürücüsü Karlos Sayns yarışda təkərlər görə geri düşüb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Niderland yarışında çox pis performans göstərib və yarışın sonlarında yerlisi Fernando Alonsonun hücumlarına tab gətirməyərək, 7-ciliyə razı olub.

Karlos Sayns: “İlk dövrədən etibarən tempim pis idi. Həm ön, həm arxa təkərlərlə işləyə bilmirdim. Təkərlər yeyilirdi və çox sürüşürdü. Cümə günündə olduğu kimi güclü deyildim. Nəyi səhv etdiyimizə baxmalıyıq, çünki heç bir yarışda belə yavaş olmamışdım.

Bütün yarış ərzində problem eyni idi. Asfaltla ilişmə çox az idi və təkərlər tez yeyilirdi. Bolid də çox sürüşürdü. Beşliyə düşmək üçün mübarizə aparmağı gözləyirdim, amma sonda 7-ci yerə razı oldum. Buna görə pis gün idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*