B.Ekklstoun: Fettelin zəifləməsinin səbəbi…

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Sebastyan Fettelin zəif performansının səbəbi Ferrari-dir.

F-1.az xatırladır ki, almaniyalı sürücü son 3 mövsümdə daha çox səhvləri ilə yadda qalıb və son mövsümdə gənc komanda yoldaşı Leklerdən geridə qalıb.

Berni Ekklstoun: “Nəticələri bir az zəifləyib. Bəs səbəbi nədir? Böyük ehtimalla komandanın davranma formasına görədir. Sebastyan komandada nömrə bir idi, amma birdən heç kimin tanımadığı gənc yarışçı gəldi və Ferrari-də hamı ona aşiq oldu. Buna görə də Sebastyanın nəticələri pisləşdi. Onunla münasibətimiz yaxşı olsa da, belə söhbətlər etmirik. Bu sözləri o deməyib. Ancaq komandada ikinci plana keçdiyini hiss edir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*