J.Vilnöv: “Günah Şarldadır

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, Monakodakı problemə görə Lekler günahkardır.

F-1.az xatırladır ki, monakolu sürücü ev yarışında poul qazansa da, sıralanma turunda etdiyi qəzaya görə yarışa çıxa bilməyib. Daha sonra məlum olub ki, gənc sürücü aparıcı val probleminə görə yarışı tərk etməli olub.

Jak Vilnöv: “Şarl özünü günahlandırmalıdır. Sıralanma turunda öz səhvinə görə divara çırpıldı. Monakoda hamı risk edə bilər. Şarl pouldan başlayacaqdı və qalib gəlmək ehtimalı böyük idi. Bura Monakodur və risk almalısınız. Komanda ötürmələr qutusunu dəyişsəydi, onda pit yolundan başlamalı idilər. Buna görə də risk almaq doğru qərar idi. Lakin ötürmələr qutusunun yox, sol tərəfdəki aparıcı valın qırılması təəccübləndirici haldır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*