S.Fettel: “Keçən ildən güclüyük”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, komanda bu il daha yaxşı vəziyyətdədir.

F-1.az xatırladır ki, Kimi Rəykkönen və Sebastyan Fettel 8 günlük testlərin ən sürətlisi olublar.

Sebastyan Fettel: “Məncə, keçənilkindən yaxşı hazırlaşdıq və daha çox dövrə vurduq. Komanda artıq yaxşı vəziyyətdədir. Keçən il bizim üçün vacib idi və çox şey öyrəndik. Nəticələrə baxsaq, uğursuz mövsüm idi, amma arxa planda çox işlədik. Bir addım irəli getmək çox vacib idi. Ümid edirəm ki, bunu bacarmışıq. Melburndan və ya ilk yarışlardan sonra əsl sıralanmanı görə bilməyəcəyik.

Sözün açığı, 2015-ci il mənim üçün əla il idi və komanda yenidən qalib gəlməyə başlamışdı. Amma 2016-cı ildə yenidən geriyə düşdük.

Məncə, səbirli olmalıyıq. Komanda yaxşı işləsə, yaxşı nəticələr gələcək. Bunun nə vaxt olacağını bilmirəm.

Melburnda podium uğrunda mübarizə aparsaq, bu əla olar. Amma bu çox uzaqdadır. Zaman olaraq uzaqda olmasa da, öyrənməli olduğumuz çox şey var. Əgər bir komanda ard-arda üç dəfə Dünya Çempionu olubsa, favoritin kim olduğu məlumdur. Qaydaların dəyişməsi fərq eləməz. Bu, bizi təəccübləndirməz. Güclü heyətləri var.

Buradakı nəticəmiz vacib deyil. Buna görə xal vermirlər. Birinci olmaq vacibdir, amma bununla heç nə qazanmırıq. Əsas məqsədimiz proqramı davam etdirib lazımi işləri görməkdir. Gerilərdən gəlsək də, inkişaf edirik. Bolid yaxşıdır və nəticələr də get-gedə düzəlir. Görək neçənci oluruq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*