E.Örvayn: “Fetteli şişirdirlər”

1996-1999-cu illərdə Ferrari-də yarışan Eddi Örvayn dördqat Dünya Çempionu Fettelin çox şişirildiyini düşünür.

F-1.az xatırladır ki, britaniyalı sürücü karyerası ərzində cəmi 4 qələbə qazanıb və ən yaxşı nəticəsi 1999-cu ildə qazandığı ikincilikdir.

Eddi Örvayn: “Fettel irəlidədirsə və rəqibi yoxdursa, güclüdür. Lyuis isə önə keçməyə fokuslanır. Fettel daha çox rəqibə fokuslanır və çox vaxt onlara çırpılır. Yaxşı sürücüdür, ancaq 4 qat Dünya Çempionunun istedadı onda yoxdur. Məncə, çox şişirdilir və hərtərəfli deyil. Lyuis daha istedadlıdır.

Həmilton və Batton komanda yoldaşı olanda Censon onu qabaqladı. Lakin Mixaelə bunu edə bilmədilər. Mixaelin performans səviyyəsi daha yüksək idi. Lyuis Formula1-ə gələndə onu izləmək gözəl idi. Çox gözəl ötmələr edirdi. Bu yöndə Mixaeldən də güclü idi. Lakin stabilliyə görə heç kim Şumaxerə çata bilməzdi, elə Sennaya da”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*