19 Oktyabr 2019, Şənbə - 01:10

N.Rosberg: “Fettel dəyişməyib”

N.Rosberg: “Fettel dəyişməyib”

Müəllif: Rauf Hacıyev, redaktor

14:14 - 01 Aprel, 2019

Sabiq Formula1 sürücüsü Niko Rosberq düşünür ki, Sebastyan Fettel keçənilki səhvlərini təkrarlamağa davam edir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Lyuis Həmiltonla mübarizə apararkən, yerində fırlanıb və daha sonra ön qanadı qırıldığı üçün ancaq 5-ci yeri tutub.

Niko Rosberq: “Bu gün keçənilki Fetteli gördüm və buna inana bilmirəm. Əvvəlcə bütün komanda strategiyanı məhv etdi və o, əsəbiləşdi. Daha sonra yarışda bir dəfə təkər-təkərə mübarizə oldu və öz-özünə yerində fırlandı. Beləliklə, bütün həftəsonunu məhv elədi. İndi isə bu vəziyyətdən çıxmalıdır.

Sadəcə öz yarışını məhv eləmədi. Bütün həftəsonu ərzində əla işlər görən komanda yoldaşı var idi və çox güclü idi. Sebastyanın işi çətindir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 306
Teqlər ,
Paylaş

logo