S.Fettel: Hədəflərimizə çatacağıq

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, çempionatı altıncı bitirmək şansları var.

F-1.az xatırladır ki, “yaşıllar” mövsümün ikinci hissəsində gücləniblər və İtaliyadan başqa bütün yarışlardan xal toplayıblar. Onları altıncı yerdəki Alfa Romeo-dan 2 xal ayırır.

Sebastyan Fettel: “Meksikada həmişə həyəcanverici ab-hava olub. Buna görə də bu trası həmişə sevmişəm. Komandamız son yarışlarda yaxşı nəticələr qazanıb və buna görə də altıncılıq şansımız var.

Formula1-dəki son 3 yarışıma çıxsam da, motivasiyamı itirmirəm. Komandamın son dövrlərdəki forması nəzərə alınanda, hədəflərimizə çatacağıma inanıram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*